216 02-02-2018

Tələbənin tələbədən müsahibəsi

Xətai Azayev bu il 324 bal toplayaraq BDU-nun Jurnalistika fakültəsinə daxil olub. Ailədə üç uşaqdırlar. Bacısı dizayn üzrə təhsil alıb, qardaşı isə Azərbaycan Texniki Universitetinin tələbəsidir.  Xətai ilə Jurnalistika fakültəsinə qəbul olunması, həyata baxış açısı, dostları, maraqları  və s. barədə söhbətləşdik.

Xətai, sən bir çoxlarının edə bilmədiyinə nail olmusan. Universitetə daxil olmaq heç də asan deyil, sən isə görmə əlilli olmağına baxmayaraq bunu bacarmısan. Jurnalistika fakültəsinin tələbəsisən. İmtahanlara hazırlaşmaqda çətinlik çəkmirdin ki?

Əlbəttə çətinliklər var idi. Dərsləri tanışlarımın səslərini telefonda səsyazma olaraq qeyd etməklə dinləyib öyrənirdim. Bu da çox vaxt aparırdı. 20 dəfə və ya daha çox dinləməli olurdum.

Jurnalistika fakültəsinə daxil olmaq sənin ən böyük arzun olub.  Hətta üç illik uğursuzluq əzmini qıra bilməyib. Jurnalistikada səni bu qədər cəlb edən nədir? 

Mən həmişə cəmiyyətdə önəmli biri olmaq istəmişəm. Ona görə də jurnalistika prioritetim idi. Bu yolda da irəliləməyə başlamışam.

Hədəfi mərkəzdən vura bilmisən. Əhsən! Hazırlıq müddətində dostların sənə kömək edib. İndi necə, universitetdə də sənə kömək edən dostların varmı? Ümumiyyətlə dostluq anlayışı sənin üçün nədir?

Bəli, dostlarım müəyyən qədər kömək etdilər.  Dost seçəndə əslində xüsusi bir kriteriya ilə yanaşmıram. Sadəcə olaraq, xasiyyət uyğunlaşır, söhbət alınırsa, artıq burada dostluq yarana bilər.

Universitetdə  necə, dost tapa bilmisənmi, sənə kömək edirlərmi?

Uşaqlarla ilk dəfə facebook-da BDU səhifələrində tanış olmuşduq. Bəziləri ilə tələbəlikdən  əvvəl danışırdıq. WhatsApp-da da qrup açmışıq. Indiki dərslərdə də müəyyən qədər köməkləri dəyir.  

Həyatda hamı çətinliklərlə qarşılaşır. Bunları aşıb keçmək, ya da o problemlərdə boğulmaq bizdən asılıdır. Məsələn, müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hovkinq gənc yaşlarında qəza nəticəsində fiziki fəaliyyətini itirib, yalnız üç barmağından istifadə edə bilib. Bununla belə, dostlarının onun üçün tərtib etdiyi xüsusi avadanlıqla səkkiz il ərzində bir kitab yazıb. Sənin belə hədəflərin varmı?

Mən özüm özümdən güc alan biriyəm. Mənim də hədəflərim var, düşünürəm ki,  hər bir insan hər şeyi bacaracaq qədər azaddır.

Mümin Sekmanın yazdığı kimi, uğur yolunda irəliləyərkən ətrafımızda olan insanlar bizi bu yoldan çəkindirmək üçün “Edə bilməzsən!”, “Sən bacarmazsan!” kimi ifadələr işlədirlər. Onların bəziləri bizim zərər çəkməyimizi istəmədiyindən, bəziləri isə gözü götürmədiyindən belə deyirlər. Bəs səni necə, yolundan çəkindirmək istəyənlər olubmu?

Mənim də həyatımda belə insanlar olub. Onları qınamıram, məsələn, ilk dəfə məni görənlər  oxumaq, universitetə daxil olmaq barədə   arzularımı eşidəndə mənim bu işin öhdəsindən gələ biləcəyimə inanmadıqları üçün  başqa bir işlə məşğul olmağımı məsləhət görürdülər. Yəqin ki, Onlar da mənim əziyyət çəkməyimi istəmirdilər. Amma mən öz gücümə bələd idim.

Bəzən deyirlər ki, görmək üçün baxmaq lazımdır Xətai, bu barədə sən necə düşünürsən?

Əslində fəlsəfi cavab  verməyə ehtiyac yoxdur. Real yanaşmaq lazımdır. Bəzən  görmək üçün baxmaq lazım gəlir. Amma mücərrəd anlayışları görmək üçün gözə ehtiyac yoxdur. Yəni insanın mənəviyyatını anlamaq üçün baxmağa ehtiyac yoxdur. Eşitməklə də görmək olar.

Universitetlə bağlı nə düşünürsən, xəyalların necə idi və reallıqlar sənin xəyalındakı tələbə həyatı ilə uyğunlaşırmı?

Mənim üçün Bakı Dövlət Universitetinin çəkisi ayrıdır. Buradakı təhsil də yaxşıdır. Həm də universitet bizə  böyük şəxsiyyətlərin yadigarıdır. 

Musiqi və idmanla da maraqlandığını  eşitmişəm...

Musiqi məktəbinə getmişəm, nağarada ifa etməyi öyrənmişəm, vokal dərsləri də almışam. Hazırda gitarada ifa etməyə çalışıram. Idmana da həvəsim var, cüdo və sərbəst güləşlə məşğul olmuşam.

Səninlə söhbət mənim üçün çox xoş oldu. Əminəm ki, oxucularımız üçün də bu söhbət maraqlı olacaq.  Bu bölməmizin adı “Tələbənin tələbədən müsahibəsi”dir. Sonda sənin digər tələbə yoldaşlarına mesajını öyrənmək istərdim...

Adını xatırlamadığım biri “Möhtac olduğun güc damarlarında olan qanındadır” fikrini söyləyib. Demək istəyirəm ki, əcnəbi, özgələrə özənməyək. Öz tariximizdəki dəyərli şəxslərdən örnək götürək. Xalqımızın sabahı üçün addımlayaq.

Comərd Rüstəmli

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları