341 30-01-2018

“Bakı Universiteti” qəzeti Belarusda birinci yerə çıxdı

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri - Taleh Mursaqulov və Ayşə Mustafayeva Belarus Dövlət Universitetində keçirilən «Jurnalistika qış məktəbi» adlı beynəlxalq praktikum seminarda iştirak ediblər. 

Modern.az xəbər verir ki, adıçəkilən konfransa Almaniya, Rusiya, Ermənistan, Slovakiya və Belarusun digər universitetlərinin  tələbələri də qatılıblar.  Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə tələbələrin təmsil etdikləri universitet qəzetləri də təqdim edilib. 

Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzeti Belarus Dövlət Universitetində keçirilən “Ən yaxşı xarici nəşriyyat” nominasiyasında birinci yerə layiq görülüb və universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçin   imzası ilə diplom verilib.  

Qeyd edək ki, tədbir çərçivəsində tələbələr Belarusun tarixi-memorial abidələrini ziyarət edib, bir sıra dövlət müəssisələrində təşkil olunan brifinqlərdə, o cümlədən müxtəlif mövzularda keçirilən seminar və konkurslarda  Bakı Dövlət Universitetini  müvəffəqiyyətlə təmsil ediblər.  

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub