445 07-02-2018

BDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblər

 

BMT-nin İnkişaf Proqramının tərkib hissəsi olan “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Media nümayəndələrinin iştirak etdiyi tədbirdə BMT-nin rezident əlaqələndiricisi və BMTİP-in nümayəndəsi Qulam İsakzai, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli və Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov çıxış ediblər.

Tədbirdə Bakı Dövlət Universitetini Mətbuat və informasiya şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, dosent Vəfa İsgəndərova və “Bakı Universiteti” qəzetinin baş redaktoru Anzulə Əmirova təmsil ediblər.

Çıxışçılar Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən, o cümlədən dünyada yoxsulluğun bütün formalarına son qoymaq, ərzaq təhlükəsizliyinə nail olmaq, dayanıqlı kənd təsərrüfatını təşviq etmək, bütün yaşlarda hamı üçün sağlam yaşayışı təmin etmək, gender bərabərliyinə nail olmaq kimi məsələlərdən və media nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsindəki rollarından bəhs  edilib.

 Daha sonra BMTİP-in İstanbul Regional Mərkəzinin Kommunikasiya və KİV-lə Əlaqələr üzrə mütəxəssisi Nikolas Douilletin rəhbərliyi ilə qrup təqdimatı və sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, təlim proqramı BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsinin tərkib hissəsidir. Təlim kursu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının maliyyə dəstəyi və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilib.


 

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub